İdman

Avropa Liqasında yarımfinal mərhələsi İtaliyada start götürür – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda “Yuventus” İspaniya təmsilçisi “Sevilya”nı, “Roma” isə Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyunlar

11 may

23:00. “Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya)

Baş hakim: Daniel Zibert (Almaniya)

Turin, “Yuventus” stadionu

23:00. “Roma” (İtaliya) – “Bayer” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Roma, Olimpiya Stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir