İdman

Bakıda Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirildi – FOTO/VİDEO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində “Heydər Əliyev və Azərbaycan şahmatı” adlı video nümayiş olunub.

Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Gənclər və idman naziri Fərid Qayıbov may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçirələcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb.

Açılış şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb.

2-ci turda FIDE prezidenti Arkadi Dvorkoviç və gənclər və idman naziri Fərid Qayıbov müxtəlif lövhələrdə rəmzi ilk gedişi edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir