İdman

PSJ azarkeşləri Neymarın evinin qarşısında etiraz aksiyası keçirdilər: Futbolçunu “ağlatdılar” – FOTO/VİDEO

Sharing is caring!


PSJ futbol klubunun azarkeşləri hücumçu Neymarın Parisdəki iqamətgahının qarşısında etiraz aksiyası keçiriblər.

Buna səbəb klubun son oyunda biabırçı məğlubiyyəti olub.

Azarkeşlər braziliyalı futbolçuya qarşı müxtəlif şüarlar səsləndiriblər. “Neymar, rədd ol”, – deyə onlar etirazlarını bildiriblər.

31 yaşlı hücumçu 207 milyondan çox izləyicisi olan rəsmi “Instagram” səhifəsində baş verənlərə kədərli şəkildə reaksiya verib. “Onlar yenicə mənim qapımın kandarından aralandılar”, – Neymar qeyd edib və paylaşımına ağlayan emojilər əlavə edib.

Qeyd edək ki, PSJ klubunun keçən həftəsonu evdə “Loryan”a 3:1 hesablı biabırçı məğlubiyyətindən sonra klub rəhbərliyi əsas oyunçularından biri olan Lionel Messiyə qarşı intizam cəzası tətbiq etmək məcburiyyətində qalıb. PSJ Messini Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik oyundan kənarlaşdırıb. 35 yaşlı argentinalı futbolçuya həmçinin klubun obyektləri yaxınlığında məşq etmək də qadağan edilib, üstəlik bu iki həftə ərzində onun maaşı da ödənməyəcək.

Bu barədə məlumatlardan sonra azarkeşlər klub rəhbərliyinin qərargahı qarşısında etiraz aksiyası keçirərək komandada dəyişikliklər edilməsini tələb ediblər. Onlar komandanın hücumçuları Lionel Messi və Neymarın, baş məşqçi Kristof Qaltye və prezident Nasser Al-Xelaifinin ünvanına təhqirlər səsləndiriblər.

2017-ci ildən PSJ-də oynayan Neymarın klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Braziliyalı hücumçu bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib. Ancaq Neymar üçün bu mövsüm erkən bitib. O, PSJ-nin 4:3 hesablı qələbəsi ilə bitən “Lill” ilə oyununda bir qol vurub və ötürmə edib, ancaq zədələndiyindən Paris klubunun digər oyunlarına çıxa bilməyəcək.

Mənbə: Pulsesports.ng

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir