İdman

“Qarabağ” derbini qazandı, “Neftçi” bürünc medalçı oldu – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətiriblər.

“Bakcell Arena”da keçirilən Azərbaycan derbisi Ağdam klubunun qələbəsi ilə başa çatıb – 4:2.

“Atlılar”ın heyətində Ramil Şeydayev, Leandro Andrade və Abdullah Zubir fərqləniblər. Daha bir qolu Mateus Saldanya öz qapısından keçirib. Braziliyalı rəqib qapıya da yol tapa bilib.

“Neftçi”nin digər qolunun müəllifi isə Emin Mahmudov olub. O, penaltidən fərqlənib. “Ağ-qaralar” 31-ci dəqiqədə Voyislav Stankoviçin birbaşa qırmızı vərəqə almasından sonra azlıqda mübarizə aparıblar. Qələbə sayəsində xallarını 81-ə yüksəldən “Qarabağ” vahid liderdir. Sona 4 tur qalmış komanda ən yaxın izləyicisi “Sabah”ı 7 xal üstələyir.

“Neftçi” isə 61 xalla üçüncüdür. 2-ci “Sabah”dan 13 xal geri qalan “ağ-qaralar” 4-cü “Qəbələ”ni eyni qədər üstələyir.

Bu isə o deməkdir ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bürünc medalçısı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir