İdman

Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşdi

Sharing is caring!


Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

AFFA-nın saytının yaydığı məlumata görə, tədbirdə Azərbaycan millisinin rəqiblərinin adına da aydınlıq gəlib.

Püşkün nəticəsinə əsasən, yığmamız C Liqasının 3-cü qrupunda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları bu ilin sentyabr, oktyabr, dekabr aylarında keçiriləcək. Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir