İdman

Türkiyəli idmançı Nuray Güngör: “Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır” – VİDEO

Sharing is caring!


“Ermənistanda iki dövlət, bir millətin gücünü göstərdim”.

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi olan Türkiyə millisinin üzvü Nuray Güngör Bakıdakı qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.

O, təmtəraqlı qarşılanmaya görə təşəkkürünü bildirib: “Bu bir daha Azərbaycan və Türkiyə qardaşlığını ortaya qoyur. Orada Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır. Azərbaycan yığması həmin hadisədən sonra yarışı tərk etməli oldu. Dedim ki, onlar yoxdurlarsa, biz varıq. Ən gözəl cavabımız dövlət himnimizin səslənməsi oldu. Bunun ayrı qüruru var. Medallarımı Azərbaycan xalqına ərməğan edirəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir