İdman

“Liverpul”dan geridönüş, çempionluq oyununda “Mançester Siti” “Arsenal”a qalib gəldi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXIII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, mərkəzi matçda çempionluq uğrunda mübarizə aparanlar – “Mançester Siti” və “Arsenal” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər.

Qarşılaşma “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”ın yeganə qolunu Rob Holdinqin vurduğu qarşılaşmada “Mançester Siti”yə üç xalı Kevin De Bruynenin iki, Con Stounz və Erlinq Holandın hərəyə bir qolu qazandırıb.

Məğlubiyyətə baxmayaraq, “Arsenal” əvvəlki kimi liderdir. “Topçular”ın aktivində 75 xal var. “Mançester Siti” isə çempionluq matçı hesab edilən görüşdə qazanılan qələbə sayəsində xallarını 73-ə çatdırıb və ikinci pillədədir. Komandanın ehtiyatda iki oyunu da var.

Uğursuz mövsüm keçirən “Çelsi” öz meydanında “Brentford”a uduzub – 0:2. “Zadəganlar”ın ispaniyalı futbolçusu Sezar Aspilikuetanın avtoqol müəllifi olduğu matçda son nəticəni Brayan Mbuemo müəyyənləşdirib.

“Çelsi” 39 xalla 11-ci, “Brentford” 47 xalla 9-cudur.

“Liverpul” isə “Vest Hem” səfərində qələbə qazanıb. “Qırmızılar” 12-ci dəqiqədə Lukas Paketanın qolu ilə hesabda geri düşsələr də, 18-ci dəqiqədə Kodi Qakpo bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə Coel Matip Mersisayd təmsilçisinə qələbə qazandıran topu vurub – 2:1.

Xallarını 53-ə çatdıran “Liverpul” “Tottenhem”i geridə qoyaraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Vest Hem” 34 xalla 14-cüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir