İdman

Qurban Qurbanov Musa Qurbanlının “Torino”ya keçməsi xəbərinə nöqtə qoydu

Sharing is caring!


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İtaliyanın “Torino” klubuna transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, yayılan xəbəri təkzib edib.

“Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdə vurduğu 20 qolla çempionatın bombardiridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir