İdman

Altı qol vuruldu, “Arsenal” çempionluq mübarizəsində ağır zərbə aldı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXII tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda lider “Arsenal” autsayder “Sauthempton”la qarşılaşıb.

“Topçular” bu matçda çempionluq yolunda ağır zərbə alıb. Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 3:3.

Oyunun birinci dəqiqəsində geri düşən “Arsenal” ilk yarını 1:2 məğlub başa vurub. Fasilədən sonra rəqib daha bir dəfə fərqlənsə də, son dəqiqələrdə Mikel Artetanın komandası bərabərliyi təmin edə bilib.

“Arsenal” hazırda 75 xalla zirvədədir və iki oyun artıq keçirdiyi ən yaxın izləyicisi “Mançester Siti”ni 5 xal üstələyir. “Sauthempton” 24 xalla əvvəlki kimi sonuncu – 20-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir