İdman

PSJ-də baş məşqçi postuna əsas namizədlər məlum oldu

Sharing is caring!


Kristof Qaltye ilə yolları ayırmağı düşünən PSJ-də baş məşqçi postuna əsas namizədlər müəyyənləşib.

Paris təmsilçisi Zinəddin Zidan, Joze Mourinyo, Tiaqu Motta və Marselo Qalyardonun namizədliyini nəzərdən keçirir.

Mourinyo “Roma”nı, Motta “Bolonya”nı çalışdırır. Zidan və Qalyardo hazırda işsizdirlər.

Xatırladaq ki, komandanın Çempionlar Liqasında 1/8 final səddini aşa bilməməsi və mütəxəssisin irqçilikdə ittiham olunması səbəbindən PSJ mövsümün sonunda Qaltyeni yola salmağı düşünür.

Mənbə: “L’Equipe”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir