İdman

Dünya idmanında qardaşlıq fenomeni: Türkiyədən Azərbaycana daha bir jest – FOTO

Sharing is caring!


Türkiyə və Azərbaycan beynəlxalq arenada bütün sahələrdə bir-birinə dəstək göstərməyə, yanında olmağa davam edir.

Oxu.Az xəbər verir ki, iki qardaş ölkənin nümayəndələri nəinki siyasət, eləcə də idman sahəsində daim bir-birinin uğurlarına sevinir, qardaşlıq münasibətləri özünəməxsus şəkildə bütün dünyaya nümayiş etdirilir.

Son olaraq Türkiyə Güləş Federasiyasının sosial şəbəkə paylaşımı bu nümunəvi münasibətlərin əyani təzahürünə çevrilib. Belə ki, Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın kişi sərbəst güləşçiləri komanda hesabında birinci pilləyə çıxıblar. İkinci pillənin sahibi Gürcüstan, üçüncü pillənin sahibi isə Türkiyə yığması olub.

Rəqabətin mühüm önəmə sahib olduğu idman sahəsində belə qardaşlıq münasibətlərinə sadiq qalan Türkiyə və Azərbaycan idmançıları bu uğuru birgə fotoları ilə bəzəyiblər. Hər iki ölkənin idmançıları, məşqçiləri şanlı bayraqlarla birlikdə qazandıqları böyük uğuru foto ilə ölümsüzləşdiriblər.

Türkiyənin Güləş Federasiyası isə sözügedən fotonu məhz bu sözlərlə təqdim edib:
“Tək millət, iki dövlət, Can Azərbaycan”.

Türkiyənin və Azərbaycanın idman sahəsində də bir-birinə verdiyi dəstək son günlər xüsusən qabarıq şəkildə nəzərə çarpır. Türkiyə Güləş Federasiyasının foto ilə jesti bir yana, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycana qarşı təxribatdan sonra Türkiyənin idman ictimaiyyəti bütövlükdə ölkəmizin yanında oldu.

Ən böyük dəstək isə İrəvanda qardaş Türkiyənin himnini hər kəsə eşitdirdikdən sonra parlaq qələbəni Azərbaycana həsr edən türkiyəli idmançılardan gəldi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir