İdman

Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq

Sharing is caring!


Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.

Eyni saatda start götürəcək matçlarda İngiltərə “Mançester Yunayted”i İspaniyada “Sevilya”nın, İtaliya “Yuventus”u Portuqaliyada “Sportinq”in, Almaniya “Bayer”i Belçikada “Union”un, Niderland “Feyenoord”u isə İtaliyada “Roma”nın qonağı olacaq.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel

23:00. “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

İlk oyun – 2:2

23:00. “Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)

İlk oyun – 0:1

23:00. “Union” (Belçika) – “Bayer” (Almaniya)

İlk oyun – 1:1

23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland)

İlk oyun – 0:1

Qeyd edək ki, yarımfinalda “Sportinq” – “Yuventus” / “Sevilya” – “Mançester Yunayted” və “Roma” – “Feyenoord” / “Union” – “Bayer” cütünün qalibləri üz-üzə gələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir