İdman

“Qarabağ”ın oyunu ikinci oldu – rekord yenilənmədi

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXX turunun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

Oxu.Az xəbər verir ki, ən yüksək göstərici çempionluğa oynayanların qarşılaşmasında qeydə alınıb. “Sabah”ın Masazırda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiyi oyunu 7 min azarkeş stadionda izləyib.

“Neftçi”nin “Qəbələ”yə 1:2 hesablı məğlubiyyətinə 2 200 nəfər şahidlik edib. Ən aşağı göstərici Zirədə qeydə alınıb. Qəsəbənin eyniadlı komandasının “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiyi oyunda cəmi 350 nəfər tribunada olub.

Qolsuz başa çatmış “Şamaxı” – “Sumqayıt” matçında 1500 nəfər olubsa, Qəbələdə keçirilmiş Qərb derbisi – “Kəpəz” – “Turan Tovuz” oyununu 800 azarkeş tribunadan izləyib.

Ümumilikdə turun beş matçında 11 850 izləyici qeydə alınıb. Bu isə hər oyuna orta hesabla 3 370 nəfərin getməsi anlamına gəlir.

“Sabah” – “Qarabağ” matçında mövsümün ikinci ən yaxşı göstəricisi qeydə alınıb. Daha əvvəl XVI turda keçirilmiş “Neftçi” – “Qarabağ” görüşünü də 7 min azarkeş tribunadan izləyib. Mövsümün rekordu isə 14-cü turda “Sabah”la “Qarabağ”ın Masazırdakı oyununda qeydə alınıb. Həmin zaman 10 min tamaşaçı tribunada yer alıb. Bu həm də son beş mövsüm üçün Azərbaycan Premyer Liqasında ən yüksək göstəricidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir