İdman

PSJ ən yaxın izləyicisinə aman vermədi – VİDEO

Sharing is caring!


Fransada Liqa 1-in lideri PSJ doğma meydanda rəqibinə aman verməyib.

Çempionatın 31-ci turunda paytaxt komandası hazırda ikinci pillədə qərarlaşan “Lans”ı qonaq edib.

Matçın 19-cu dəqiqəsində “Lans”ın dayaq yarımmüdafiəçisi Abdul Samed birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən yaxşı istifadə edən Paris klubu 9 dəqiqə ərzində ən yaxın izləyicisinə üç cavabsız qol vuraraq qarşılaşmanın taleyini həll edib.

Qonaqların gücü yalnız penaltidən vurulan təsəlli qoluna çatıb – 3:1.

Qeyd edək ki, bu nəticədən sonra komandalar arasındakı xal fərqi 9-a (72 – 63) yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir