İdman

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast tarixi nəticəyə imza atıb

Sharing is caring!


Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cessika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında tarixi göstəriciyə imza atıb.

19 yaşlı idmançı dəstəli at üzərində hərəkətlərdə hakimlərdən 13.600 xal alıb. Bu, Böyük Britaniyanın idman gimnastikası tarixində təsnifat mərhələlərində qazanılan ən yaxşı nəticədir.

İstedadlı gimnast bu göstərici ilə adını finala yazdırıb.

Qeyd edək ki, Cesika Qədirovanın bacısı Cennifer Qədirova da idman gimnastikası ilə məşğul olur. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra idman gimnastikasında olimpiya medalı qazandırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir