İdman

Ronaldo “Əl-Nəsr”ın baş məşqçisindən narazıdır

Sharing is caring!


“Əl-Nəsr”in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldu baş məşqçi Rudi Qarsiyadan və komandasının göstərdiyi oyundan narazıdır.

Məlumata görə, Ronaldu komandanın daha yüksək səviyyəli oyun nümayiş etdirmək və titul qazanmaq potensialına malik olduğuna inanır. Portuqaliyalı “Əl-Nəsr”in yarımfinalda uduzaraq kubok uğrunda mübarizə apara bilməməsindən narazıdır. Axı yarımmüdafiəçi komandanın oyununa ciddi töhfə verib: 10 liqa matçında 11 qol vurub.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı liqasına “Əl-İttihad” başçılıq edir və turnirin bitməsinə cəmi 7 oyun qalmış Ronaldunun komandasını 3 xal qabaqlayır.

Xatırladaq ki, 37 yaşlı Ronaldu 2022-ci ilin noyabrından “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra komandasız qalıb. Yanvarın 2-də o, ildə 200 milyon avro qazanacağı müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış etməyə başlayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir