İdman

İtalyanlar Qurban Qurbanovun oğlunu Xviça Kvaratsxeliyaya bənzətdilər

Sharing is caring!


“Qarabağ”ın hücumçusu Musa Qurbanlının performansı İtaliya mətbuatının diqqətini çəkib.

“Tuttomercatoweb” saytı 20 yaşlı forvardla bağlı yazı yayımlayıb. Gənc hücumçunun 20 qolla çempionatın bombardiri olduğu və adını Azərbaycan futbolu tarixinə yazdıracağı qeyd olunub. Onun Qurban Qurbanovun oğlu və Musa Qurbanovun qardaşı oğlu olmasına diqqət çəkilib.

Sayt forvardı yerli Xviça Kvaratsxeliya hesab edib və bir çox klubun artıq hücumçu ilə yaxından maraqlandığını yazıb. Musanı istəyənlər arasında “Beşiktaş” və İtaliya təmsilçilərinin olduğu vurğulanıb.

Bundan başqa, Canni de Byazinin rəhbərliyi altında milli komandanın son 10 oyunun 5-də qələbə qazanması qeyd olunub. Bununla belə, sayt hesab edir ki, Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərdən sonra onunla yolların ayrılması mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir