İdman

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnir start götürdü – FOTOLAR

Sharing is caring!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “FENCİNG” İdman Klubu və “DİFAİ” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Ulu Öndər Kuboku yarışının ilk oyunu Tovuz Olimpiya İdman kompleksinin meydançasında DİFAİ (Tovuz) – DİFAİ (Xankəndi) komandaları arasında keçirilmişdir.

Tədbirdə “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyi, DİFAİ Futbol Klubu, Tovuz Rayon icra hakimiyyəti, Tovuz Gənclər və İdman idarəsi, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak edib.

Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi ilə başlayıb. Çıxış edənlər cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışmış, başda cənab Prezident İlham Əliyevə, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlər bildirmişlər. Müharibə qəhrəmanları  gənclərimizin sağlam həyatın təbliği və idman arenasında göstərəcəkləri uğurların önəmini vurğulamışlar. Oyun 5:2 hesabı ilə  meydan sahiblərinin qələbəsi ilə başa çatmışdır.

Oyundan sonra komandalar “Turan Tovuz” komandasının rəhbərliyi ilə görüşmüş DİFAİ klubu adından hədiyyələr təqdim edilmişdir. “Turan Tovuz” komandasının rəhbərliyi müharibə iştirakçıları və qazilərin yer aldığı komandaya uğurlar, gələcəkdə premyer liqaya vəsiqə qazanmasını arzu etmişdir.

https://player.qaynarinfo.az?v=16717&share_user_id=

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir