İdman

Premyer Liqa: “Sabah” autsayderi sınağa çəkir, “Neftçi” Sumqayıt səfərində – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçı Bayılda “Səbail” və “Sabah” arasında olacaq. Hazırda Masazır təmsilçisi 65 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır. 18 xalı olan “dənizçilər” isə sonuncu – 10-cudur.

Günün son oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. “Ağ-qaralar” 57 xalla 3-cü “kimyaçılar” 24 xalla 8-cidir.

Azərbaycan Premyer Liqası
XXIX tur

8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.

Açılış oyununda “Qəbələ” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir