Cəmiyyət

Daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

Sharing is caring!


Aprelin 10-dan “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”, – deyə agentlik bəyan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir