İdman

“Qarabağ” və “Neftçi”də oynamış futbolçunun Azərbaycandan çıxışına qadağa qoyula bilər

Sharing is caring!


“Zirə”nin futbolçusu Vild-Donald Geryenin Azərbaycanı tərk etməsinə qadağa qoyula bilər.

Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi haitili oyunçu ilə bağlı məhkəməyə müraciət edib. Vergi borcu olan Geryenin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunub.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

Bu ilin yanvarında Kiprin “Olimpiakos” (Nikosiya) klubundan “Zirə”yə gələn Gerye daha əvvəl 2017-2019-cu və 2020-2021-ci illərdə “Qarabağ”ın, 2019-2020-ci illərdə “Neftçi”nin formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir