İdman

Almaniyada çıxış edən azərbaycanlı futbolçu zədələnib

Sharing is caring!


Almaniyanın “Şalke” klubunun ikinci komandasında çıxış edən azərbaycanlı futbolçusu Rüfət Dadaşov zədələnib.

“Report” xəbər verir ki, 32 yaşlı hücumçu “Düsseldorf”a 0:2 hesabı ilə uduzduqları Qərb Regional Liqasının XXVI tur oyununda sıradan çıxıb.

Topuğundan xəsarət alan forvard 10-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan millisinə dəvət alan Rüfət Dadaşov son olaraq 2020-ci ildə yığmaya çağırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir