İdman

Ukraynada futboldan uzaqlaşdırılan funksioner UEFA İcraiyyə Komitəsinə üzv seçildi

Sharing is caring!


Ukraynada futboldan uzaqlaşdırılan Andrey Pavelko dörd il müddətinə UEFA İcraiyyə Komitəsinə üzv seçilib.

Seçkilər bu gün qitə Futbol qurumunun Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan 47-ci Konqresində keçirilib. Pavelko 31 səs toplayıb.

Maraqlıdır ki, Kiyev Məhkəməsi fevralda adı maliyyə maxinasiyalarında hallanan funksioneri 2023-cü il martın 17-dək Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsindən kənarlaşdırıb. Daha sonra qərar mayın 13-dək uzadılıb.

Mənbə: kulichki.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir