İdman

UEFA prezidenti “Barselona”nın hakimlərə rüşvət verməkdə ittiham olunmasına münasibət bildirdi

Sharing is caring!


UEFA prezidenti Aleksander Çeferin “Barselona”nın hakimlərə rüşvət verməkdə və oyun nəticələrinə təsir etməkdə ittiham olunması barədə danışıb.

Avropanın ali futbol qurumunun rəhbəri bunun çox ciddi məsələ olduğunu söyləyib:

“Mən iki səbəbə görə bu barədə birbaşa şərh verə bilmərəm. Əvvəla ona görə ki, belə məsələlərlə məşğul olmaq üçün bizim müstəqil intizam komitəmiz var. İkincisi də ona görə ki, mən bu məsələnin araşdırılmasında dərindən iştirak etməmişəm. Bununla belə, bir şeyi deyə bilərəm: Vəziyyətin çox ciddi olduğunu başa düşürəm. Futbolda indiyə qədər gördüyüm ən ciddi məsələlərdən biridir”.

Qeyd edək ki, Kataloniya klubu 2001-2018-ci illərdə hakimlərə külli miqdarda rüşvət verməkdə ittiham edilir.

Mənbə: sport.es

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir