AKTUAL Dünya

Çində koronavirusa yoluxanların sayı 2 minə çatdı — Ölənlərin sayı da sürətlə artır

Sharing is caring!

Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.

“Ölkə.Az” bildirir ki, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib.

Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Bildirilib ki, təxminən 2,7 min insan virusa yoluxmuş ola bilər, ancaq onların diaqnozu hələ təsdiqlənməmişdir.

Çində təxminən 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir