İdman

Ferqyuson 40 ildən sonra UEFA Kubok Qalibləri Kuboku medalını alacaq

Sharing is caring!


“Mançester Yunayted”in və “Aberdin”in keçmiş baş məşqçisi Aleks Ferqyuson 1982/1983-cü illər mövsümündə UEFA Kubok Qalibləri Kubokunu qazandığı üçün medal alacaq.

Ferqyusonun rəhbərliyi altında Şotlandiyanın “Aberdin” komandası 1983-cü ildə turnirin finalında Madrid “Real”ını məğlub edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə Con Hyuitt Şotlandiya klubuna qələbə qazandırıb. Turnirin qalibi kimi medallar start heyətin 11 futbolçusu, həmçinin beş əvəzedici heyət oyunçusuna təqdim olunub. Amma həmin matçın 40 illiyi şərəfinə UEFA “Aberdin”in çalışdırıcısını mükafatlandırmaq qərarına gəlib. Ferqyusonun köməkçisi Arçi Noks və zədə səbəbindən finala çıxa bilməyən yarımmüdafiəçi Duqi Bell də medal alacaqlar.

Ümumilikdə Ferqyuson məşqçi kimi karyerasında 49 kubok qazanıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir