İdman

Zubir “Qarabağ”da yubiley oyununu keçirdi

Sharing is caring!


Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi oyunu Premyer Liqanın XXVIII turuna təsadüf edib.

“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə meydanda olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Yarımmüdafiəçi 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir