Dünya

İsrail Livanla sərhəddə döyüşə hazırlaşır: Hərbi personal və texnika cəmləşdirildi

Sharing is caring!


İsrail Livanla sərhəddə hərbi əməliyyata hazırlaşır.

Bu barədə İsrail müdafiə naziri Yoav Qalant məlumat verib.

Qalantın sözlərinə görə, hərbi personal və texnika İsrailin şimalına, Livan-İsrail sərhədinə yerləşdirilib. Nazir əmin edib ki, hərbi əməliyyatlar yaxın vaxtlarda başlayacaq.

Həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin “Telegram” kanalında paylaşdığı məlumata görə, Livanın “Hizbullah” qruplaşmasının mövqelərinə dəqiq zərbələr endirilib.

Mənbə: “The Times of Israel”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir