İdman

Böyük Dəbilqə: Dörd idmançımız mübarizəyə başlayır

Sharing is caring!


Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya)/Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcəklər.

81 kq-dakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya)/Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcəklər.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir