İdman

Avropa Oyunlarında şahmat yarışları keçiriləcək

Sharing is caring!


Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.

Avropa Şahmat İttifaqının məlumatına görə, şahmat turniri iyunun 19-da olacaq.

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir