İdman

İspaniya çempionatında yarımavtomatik ofsayd sistemi tətbiq oluna bilər

Sharing is caring!


İspaniya La Liqasında ofsaydın yarımavtomatik aşkarlanması sisteminin istifadəsinə başlana bilər.

Çempionat rəhbərliyi növbəti mövsümdən texnologiyanı tətbiq etmək üçün İspaniya Kral Futbol Federasiyası ilə işləyir.

Hər bir stadionda oyunçuların meydançadakı yerini və hərəkətlərini qeyd edən 12 kamera olacaq.

Hazırda ofsaydın yarımavtomatik aşkarlanması texnologiyası Avropa liqalarının yalnız birində – İtaliya A Seriyasında tətbiq edilir.

Mənbə: “Cope”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir