İdman

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

Sharing is caring!


“Fənərbağça”nın prezidenti Alo Koç “Qalatasaray”dakı həmkarı Dursun Özbeki növbəti dəfə debata çağırıb

Bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım deyilib.

“Qalatasaray” İdman Klubunun rəhbəri cənab Dursun Özbekə eyni dəvəti üçüncü dəfə təkrarlayıram: Cəsarətiniz varsa, bütün bu manipulyasiya və böhtanlarınızı danışmaq üçün sizi istədiyiniz yerdə vaxt itirmədən canlı yayıma dəvət edirəm. Beləlilklə, özümüzü daha yaxşı ifadə edə bilərik”, – deyə A.Koçun adından qeyd olunub.

Dursun Özbek bu gün açıqlamalarında Türkiyə Hakimlər Komitəsinin sədri Lale Orta əleyhinə ittihamlar səsləndirib. O, eyni zamanda Türkiyədə futbolun meydandan kənarda oynanıldığı barədə “Fənərbağça” tərəfindən səsləndirilən fikirlərə sərt reaksiya göstərib.

Mənbə: “CNN Türk”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir