İdman

Avstriya – Azərbaycan: Yığmamız üçün uğursuz polyak

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Bartoş Frankovski olacaq. Yan xətlərdə ona Marçin Boniek və Yakun Vinkier kömək edəcəklər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Polyak referi daha əvvəl də Azərbaycan yığmasının oyununa təyinat alıb. O, DÇ-2018-in seçmə mərhələsində Osloda baş tutmuş Norveç – Azərbaycan matçında dördüncü hakim olub. Görüş Norveçin qələbəsi ilə başa çatıb – 2:0.

Frankovski 2016-cı ildə 17 yaşadək futbolçuların Avropa çempionatında keçirilən Azərbaycan – Portuqaliya (0:5) görüşünün baş hakimi olub.

Polşalı hakim “Qarabağ”ın ötən il Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Marsel”ə (Fransa) qarşı keçirdiyi oyunda fit çalıb. Matç təmsilçimizin məğlubiyyəti ilə başa çatıb – 0:3.

Referi 2019-cu ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandalk” (İrlandiya) – “Qarabağ” oyununda idarəçilik edib. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Martın 24-də keçiriləcək Avstriya – Azərbaycan görüşünə saat 23:45-də start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir