İdman

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vuruldu

Sharing is caring!


Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.

Oxu.Az xəbər verir ki, XXVII turun və dövrənin son matçında “Qəbələ” və “Şamaxı” birincilərin meydanında üz-üzə gəlib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-qaralar”ın qollarına Əyyub Allaş imza atıb. O, 19 və 45+1-ci dəqiqələrdə fərqlənib.

Qələbə ilə xallarını 36-ya çatdıran “Qəbələ” 5-ci pillədəki mövqeyini qoruyub. 20 xalı olan “Şamaxı” isə 9-cu sırada qalıb.

Turun əvvəlki matçlarında “Qarabağ” “Sumqayıt”ı 6:0, “Sabah” “Zirə”ni səfərdə 2:0 hesabı ilə məğlub edib, “Səbail” “Turan Tovuz”la 1:1, “Neftçi” isə öz meydanında “Kəpəz”lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir