İdman

FIFA-nın yeni prezidenti Ruandada seçildi

Sharing is caring!


Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti seçilib.

FIFA rəhbərinin seçkisi bu gün, təşkilatın Kiqalidə (Ruanda) keçirilən 73-cü Konqresində baş tutub.

52 yaşlı funksioner bu posta yeganə namizəd olub.

Onun müqaviləsi 2027-ci ilə qədərdir.

İnfantino 2016-cı ildən – qurumda korrupsiya qalmaqalından və onun əvvəlki prezidenti Yozef Blatterin istefasından sonra FIFA-ya rəhbərlik edib. 2019-cu ilin iyununda İnfantino ikinci müddətə seçilib.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir