İqtisadiyyat

Araz Nəsirov: “Tibb sahəsində kifayət qədər yeniliklərə imza atılır”

Sharing is caring!


“Tibb sahəsində kifayət qədər yeniliklərə imza atılır”.

Oxu.Az xəbər verir ki, bunu “Viva La Vida” uzunömürlülük üzrə beynəlxalq konqresdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, müasir tendensiyalara uyğun olaraq sağlamlıq üçün metodlar tətbiq edilir:

“Bu gün bütün dünyada tibb elminin qarşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr dayanmır”.

A.Nəsirov qeyd edib ki, kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir:

“Biz də öz növbəmizdə tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamlarını təmin etməyə çalışırıq”.

Araz Nəsirov sonda insanları sağlam qidalanmağa üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir