İdman

Azyaşlı azarkeşin arzusunu ürəyində qoydu, cəzasını aldı – VİDEO

Sharing is caring!


Macarıstan II Liqasının XXVII turunda keçirilən “MTK Budapeşt” – DVTK oyununda xoşagəlməz hadisə baş verib.

Matçın fasiləsi zamanı ev sahibi komandanın ad gününü qeyd edən azyaşlı azarkeşi Enok Varqa meydana dəvət olunub. Futbolçulardan biri topu ona ötürüb və rəqib qapısına qol vurmasını istəyib. Varqa irəlilədikdən sonra zərbə endirib. Ancaq rəqib qapıçı Şombor Senko topu qaytarıb. Varqa daha bir cəhd edib. Qolkiper bu dəfə də onun topu qapıdan keçirməsinə imkan verməyib. Bundan sonra azyaşlı azarkeş üzgün şəkildə meydanın mərkəzinə tərəf gedib.

Bununla belə, “MTK Budapeşt” Senkonun cəzasını artıqlaması ilə verib. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra DVTK rəhbərliyi Enok Varqanın könlünü almaq üçün onu ev oyunlarından birinə dəvət edib. Dəvət qəbul olunub.

Mənbə: Origo.hu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir