İdman

“Beşiktaş” rəsmisi: “Azərbaycandakı oyunun tarixini Şenol Günəş müəyyənləşdirəcək”

Sharing is caring!


“Sabah” komandası ilə yoldaşlıq oyununun tarixini baş məşqçimiz Şenol Günəş müəyyənləşdirəcək”.

Bunu “Report”a açıqlamasında Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert deyib.

O, hazırda paytaxt təmsilçisi ilə danışıqlarının davam etdiyini bildirib:

“Bu qarşılaşmanın milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə baş tutmasını planlaşdırırıq. Martın 18-də Türkiyə Super Liqasının XXVI turunda “İstanbulspor”la üz-üzə gələcəyik. Ondan sonra çempionatda ikihəftəlik fasilə yaranacaq. Bu müddətdə Almaniyada və Azərbaycanda yoldaşlıq görüşü keçirmək istəyirik. Amma matçların tarixləri bəlli deyil. Danışıqlar hələ də davam edir. Bunun səbəbi də bəllidir. Bizim səyahət edəcəyimiz məsafə önəmlidir. Məsələn, ilk oyun ya Almaniyada, ya da Azərbaycanda gerçəkləşəcək. Hazırda bunları danışırlar”.

Erdal Cömert uzun müddətdir Azərbaycana gəlmək istədiklərini söyləyib:

“Şenol Güneş martın 22-də və ya 23-də Almaniyada və ya sizin ölkənizdə qarşılaşmanın keçirilməsini istəyə bilər. Belə olacağı təqdirdə növbəti görüş 27-də və ya 28-də baş tutmalıdır. Çünki 1 ya 2 apreldə “Fənərbağça” ilə üz-üzə gələcəyik. Baş məşqçi təqvimə görə qərar verəcək. Yoldaşlıq qarşılaşmalarının tarixləri “İstanbulspor”la görüşdən sonra dəqiqləşəcək. Çünki hələlik milli komandalara kimlərin gedəcəyi də tam bəlli deyil”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” martın 26-da Bakı Olimpiya Stadionunda “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir