İdman

Avrokuboklar tarixində ən sürətli het-trik: “Gent” “Başakşehir”i mübarizədən kənarlaşdırdı – VİDEO

Sharing is caring!


UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin “Başakşehir” klubu öz meydanında Belçika “Gent”i ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 4:1.

Gift Emmanuel Orbanın 31, 32 və 34-cü dəqiqələrdə het-trik etdiyi qarşılaşmada “Gent”in 4-cü qoluna Huqo Kuypers imza atıb. Adnan Yanuzayın yeganə qolu isə “Başakşehir” üçün təsəlli olub.

İlk matç 1:1 hesabı ilə başa çatdığından yekunda 5:2 üstün olan “Gent” 1/4 finala yüksəlib.

Üç qol vuran Gift Emmanuel Orban isə avrokuboklar tarixində yeni rekord müəyyənləşdirib. O, UEFA turnirlərində ən sürətli het-trik edən futbolçu adına yiyələnib. 20 yaşlı forvarda 3 qol üçün 3 dəqiqə 24 saniyə kifayət edib.

Xatırladaq ki, Belçika klubu pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir