İdman

“Kəpəz” oyun günü planını pozduğuna, “Turan Tovuz” azarkeşlərinə görə ziyana düşdü

Sharing is caring!


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verilib.

“Kəpəz” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. Oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimələnib.

“Turan Tovuz” – “Qəbələ” oyununda ev sahibi komandanın azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir