İdman

Rusiya millisi Mərkəzi Asiya çempionatında oynayacaq

Sharing is caring!

Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) 2023-cü ilin iyununda keçiriləcək ilk çempionatında çıxış edəcək.

Bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi Faridun Saliyev məlumat verib.

“Rusiya komandası bu il iyunun 9-dan 21-dək keçiriləcək Mərkəzi Asiya Futbol Assosiasiyasının kişilərdən ibarət milli komandalarının iştirakı ilə keçiriləcək birinci çempionatında iştirak edəcək”, – deyə “Match TV” Saliyevdən sitat gətirib.

Qeyd olunub ki, futbol assosiasiyasının bütün altı üzvü – Tacikistan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Əfqanıstan çempionatda iştirakını təsdiqləyib. CAFA yeni turnirə daha bir Asiya komandası dəvət edib.

UEFA və FIFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmasının və klublarının öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir