İdman

“Neftçi” Şamaxıdan qələbə ilə qayıdır

Sharing is caring!

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Neftçi” “Şamaxı”nın qonağı olub. Görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 81-ci dəqiqədə Mateus Saldanya vurub.

Bu qələbə sayəsində xalını 55-ə çatdıran “Neftçi” 2-cü pillədədir. Laurentsiu Regekampfın komandası 2-ci “Sabah”dan 4 xal geri qalır. “Şamaxı” isə 20 xalla 9-cudur. Bölgə klubu sonuncu “Səbail”dən 3 xal öndədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir