İdman

Zaqatalada himn səslənmədi, 80 manat cərimə yazıldı

Sharing is caring!

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, aparılan müzakirələrdən sonra I Divizionun XX turunda baş verənlər barədə aşağıdakı qərarlar qəbul edilib:

 “Zirə-2” – “Qəbələ-2” oyununda meydan sahibi olan komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Zaqatala” – “Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə meydan sahibi 80 manat cərimələnib.

“Zaqatala” – “Neftçi-2” oyununda meydan sahiblərinin 11 nömrəli futbolçusu Valeh Qəhrəmanlı görüşün 60-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb, klub 320 manat cərimə edilib.

 “Kəpəz-2” – MOİK oyununda qonaqların 15 nömrəli futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb, klub 160 manat cərimə olunub.

“Qarabağ-2” – “Səbail-2” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimələnib.

“İmişli” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“İmişli” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə olunub.

 “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun kənarlaşdırılıb, klub 80 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir