İdman

Çempionlar Liqası: PSJ “Bayern”, “Milan” “Tottenhem” səfərində – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki,  bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.

Gecənin ən maraq doğuran matçı Almaniyada gerçəkləşəcək. Münhendə “Bayern” PSJ-ni qəbul edəcək. Fransada keçirilmiş ilk oyunda almanlar minimal hesabla qalib gəliblər – 1:0.

Daha bir matç İngiltərədə keçiriləcək. Londonda “Tottenhem” “Milan”dan ilk görüşdəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İtaliyadakı qarşılaşmada “rossoneri” 1:0 üstün olub.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

9 mart

00:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa)

İlk oyun – 1:0

00:00. “Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya)

İlk oyun – 0:1

Ötən gecə keçirilən cavab matçlarından sonra Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” klubları 1/4 finala vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir