İdman

Premyer Liqada komanda sayı artırılacaqmı?

Sharing is caring!

AFFA-nın növbəti konfransı, konfransdan sonra isə İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Oxu.Az xəbər verir ki, toplantının ardınca qurumun baş katibi Sərxan Hacıyevin mətbuat konfransı təşkil olunub. O, İK-nın iclasında qəbul edilən qərarlar barədə məlumat verib.

Hacıyev növbəti mövsüm bir komandanın Premyer Liqanı tərk edəcəyini bildirib. Baş katib elitada komanda sayının artırılmasını istisna edib:

“Daha əvvəl də açıqlamışıq. Bu il bir komanda – sonuncu yerin sahibi Premyer Liqanı tərk edəcək. Elita klubları bu məsələni diqqətdə saxlamalıdırlar. I Diviziondan isə bir komanda elitaya yüksələcək. Burada idman prinsipləri nəzərə alınacaq. Premyer Liqada komanda sayının artırılması müzakirə mövzusu deyil. Həm elitada, həm I Divizionda 10 iştirakçının yarışması nəzərdə tutulub. I Divizionda dörd komandanın region klubu olması nəzərdə tutulub. Amma infrastruktur səbəbindən öz meydanında çıxış edə bilməyənlər iştirak edə bilməyəcəklər. Bunlar kriteriyalar əsasında tənzimlənəcək. Elə komandalar gəlməlidir ki, çıxışı yarımçıq dayandırmasınlar. I Divizionda iştirak üçün dövlət tərəfindən ayrılacaq məbləğ 10 komanda üçün ümumilikdə üç milyon manatdır. Yəni hər birinə 300 min manat düşəcək”.

S.Hacıyev 2024-28-ci illərdə bölgələrdə infrastruktur quruculuğu ilə bağlı nəzərdə tutulan layihənin işğaldan azad edilən ərazilərimizə aid olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

“Regionlarla bağlı müəyyən müzakirələr gedir. Ona görə də dəqiq məlumat verə bilmərəm. Konkret hansı bölgələrin olacağı növbəti həftələrdə müzakirə ediləcək. Tərtərdə stadionun, yaxud infrastrukturun tikilməsi nəzərdə tutulub”.

Baş katib futzal üzrə Azərbaycan çempionatında legioner limitinin tətbiq oluna biləcəyini söyləyib. S.Hacıyev milli komandasının üzvü olan futzalçılara oynamaq icazəsinin veriləcəyini bildirib:

“Hazırda futzalda legioner limitinin tətbiqi AFFA-da və Azərbaycan Futzal Federasiyasında aktiv müzakirə olunur. Mələsən, İran və digər milli komandaların futzalçıları Yüksək Liqada çıxış edə biləcəklər. Hazırkı vəziyyətdə mövcud olan amillər inkişafa gətirib çıxarmayacaq”.

Hacıyev qurumun maliyyə hesabatında “sair xərclər” adı ilə qeyd olunan 6 milyon manatdan artıq vəsaitin nəyə xərclənməsi ilə bağlı suala konkret cavab verməyib:

“İstənilən halda, digər, sair xərclər elədir ki, tam şəkildə açıqlamaq olmur. Gözlənilməz şəraitdə baş verən xərcləri detallı vermək asan deyil. Ona görə də istənilən hesabatda məcburən belə göstərilir”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir