İdman

Klub prezidentindən FIFA əleyhinə şok sözlər: “Milyonlar oğurlayıblar”

Sharing is caring!

“Napoli”nin prezidenti Aurelio De Laurentis FIFA barədə ittiham irəli sürüb.

İtaliya klubunun rəhbəri dünyanın ali futbol qurumunun milyonlar oğurladığını və məsuliyyətə cəlb edilməsinin mümkünsüzlüyünü deyib

“Netflix”də FIFA-nın nə etdiyini görmüsüz? Milyonlar oğurlayıblar. Onlar İsveçrədə, Avropa yurisdiksiyasından kənardadırlar. Heç kim onlara nəzarət edə bilmir”, – deyə “Corriere dello Sport” De Laurentisdən sitat gətirib.

Xatırladaq ki, “Netflix” bir müddət əvvəl FIFA-dakı korrupsiya halları ilə bağlı sənədli film yayımlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir