İdman

Messinin ilk klubunun baş məşqçisi: “Onun barəsində danışmağa utanıram”

Sharing is caring!

“Nyuells Old Boyz”un baş məşqçisi Qabriel Haynze klubun PSJ-də çıxış edən məşhur yetirməsi Lionel Messinin komandaya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

44 yaşlı mütəxəssis qərarı ulduz oyunçunun özünün verəcəyini deyib.

“Messi haqqında danışmağa bir az utanıram. Qayıdıb-qayıtmayacağı ilə bağlı qərar verən tək özüdür. Onun seçimidir, heç kim geri qayıtmağa borclu deyil. Xahiş edirəm, Messini rahat buraxın. Qoy o bizi sevindirməyə davam etsin və harada olmağından asılı olmayaraq, özünü xoşbəxt hiss etsin”, – deyə “Footmercato” çalışdırıcıdan sitat gətirib.

35 yaşlı Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Parislilərlə sözləşmənin uzadılması ilə bağlı dəqiq məlumat yoxdur. Onun yetirməsi olduğu “Nyuells Old Boyz”a qayıdacağı ilə bağlı şayiələr var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir