İdman

Depayla Moratadan dubl: “Atletiko” “Sevilya”nı darmadağın etdi – VİDEO

Sharing is caring!

İspaniya La Liqasında XXIV tur davam edir.

Oxu.Az xəbər verir ki, Madrid “Atletiko”su öz meydanında bu mövsüm uğursuz çıxış edən “Sevilya”nı sınağa çəkib. Görüş “hindular”ın qələbəsi ilə başa çatıb – 6:1.

Memfis Depay və Moratanın dubl etdiyi qarşılaşmada madridlilərin digər qollarını Antuan Qrizmann, Yannik Karrasko və Alvaro Morata vurublar. Əndəlusiyalıların yeganə qoluna Yusuf En-Nesiri imza atıb.

“Atletiko” 45 xalla 3-cüdür. “Sevilya” isə 25 xalla 15-ci pillədə qərarlaşıb. Komandanı düşmə zonasından cəmi 1 xal ayırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir