İdman

“Milan” səfərdə məğlub oldu – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasının XXV turunda “Milan” uğursuzluqla üzləşib.

Oxu.Az xəbər verir ki, “rossoneri” “Fiorentina” səfərində büdrəyib. “Artemio Franki”də keçirilən görüşdə ev sahibi qələbə qazanıb – 2:1.

Hesabı 49-cu dəqiqədə penaltidən Nikolas Qonsales açıb, 87-ci dəqiqədə Luka Yoviç florensiyalıların 2-ci topunu vurub. “Milan”ın təsəlli qoluna Teo Hernandez imza atıb.

“Milan” 47 xalla 4-cü, xalını 31-ə çatdıran “Fiorentina” 12-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir