İdman

Azərbaycan boksçuları beynəlxalq turnirdə 18 medal qazanıblar – Yeddisi ən yüksək əyardadır

Sharing is caring!

Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə oğlan boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi yeddi qızıl, üç gümüş və səkkiz bürünc medal qazanıb.

Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olublar. Aradda həlledici görüşlərdə rinqə doqquz təmsilçimiz çıxıb ki, onlardan da iki çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkiblər. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər beş finalçımızın rəqibi isə rumıniyalılar olublar. Bu duellərdən dördündə təmsilçilərimiz qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə isə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.

Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan Himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.

Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıblar.

Beləliklə, yeniyetmə boksçularımız altı qızıl, üç gümüş və iki bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə bir qızıl və altı bürünc mükafata yiyələniblər.

Komanda martın 1-də Bakıya qayıdacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir